Qocaman təhsil ocağı

           Azərbaycan Dövlət Pedaqoji Kolleci yarandığı 90 il ərzində Azərbaycan Təhsilinin inkişafında böyük rolu olmuşdur. 1919-cu ildən Qadın Müəllimlər Seminariyası kimi fəaliyyətə baçlayan bu təhsil ocağı 1925-26-cı illərdə Bakı Müttəhid Müəllimlər Seminariyası adı ilə respublikanın təhsil ocaqları arasında görkəmli yer tutmuşdur. Seminariyada məşhur ədəbiyyat və incəsənət xadimi Üzeyir bəy Hacıbəyov, tanınmış pedaqoq Camo Cəbrayılbəyli, yazıçı Abdulla Şaiq və Elmira Şahtaxtinskaya kimi görkəmli pedaqoqlar dərs deyirdilər.
           1936-cı ildən böyük satirik şair M.Ə.Sabirin adını daşıyan bu təhsil ocağı Azərbaycan bu gün də Sabir adına texnikum kimi tanınır. Ölkəmizin hansı güşəsinə nəzər salsaq, bu məktəbin məzunlarına rast gəlmək mümkündür. Onların bir çoxu respublikanın gənc nəslinin təlim-tərbiyəsində böyük rolu olan müəllimlər, müxtəlif sahələrdə fəaliyyət göstərən respublikanın görkəmli oğul və qızlarıdır. 90 il ərzində məktub mükəmməl kadrların hazırlanması vəzifəsinin öhdəsindən uğurla gəlmişdir.
           Bu gün 90 illik yubileyini qeyd edən kollecin tarixinə nəzər salsaq, elmin mextəlif sahələrində çalışan görkəmli şəxsiyyətlərin adlarına rast gələrik. Bunların arasında məktəbin fəxri məzunları – xalq rəssamı Salam Salamzadə, bəstəkar Səid Rüstəmov, xalq yazıçısı Mehdi Hüseyn, akademiklər Məmmədhüseyn Təhmasib, Əlisöhbətb Sümbatzadə, xalq şairi M.Dilbazi, yazıçı Əzizə Cəfərzadə, şair Cabir Novruz və digər elm, ədəbiyyat, incəsənət xadimləri olmuşdur.
           Bu gün bu təhsil ocağına rəhbərlik edən əməkdar müəllim, filologiya elimləri doktoru, professor Nurlana xanım Əliyeva kollecin tarixi ənənələrinə sadiq qalaraq, gənc nəslin təlim-tərbiyəsi üçün çox işlər görmüşdür. O, rəhbərlik etdiyi Pedaqoji Kollecin inkişafında mükəmməl kadrların hazırlanması işində özünün peşəkər təcrübəsinə əsaslanaraq, Respublikanın təhsil sisteminə xidmət etmişdir. Sevindirici haldır ki, Nurlana xanımın uzun illər peşəkar fəaliyyəti ölkə tərəfindən yüksək qiymətləndirilmiş, “ Şöhrət ordeni” ilə təltif edilmişdir.
           
Açıq dərslər
Maddi-texniki baza
Kitabxana
Təhsilimizə dövlət qayğı
90 illik ADPK
İctimai tədbirlər
Suallar
 
Fəxri məzunlar
Akademiklər:
Əlisöhbət Sumbatzadə
Məmmədhüseyn Təhməsib
Professorlar:
Əkrəm Cəfər
Mərdan Muradxanov
Fatma Süleymanova
Əli Sultanlı
Xalq rəssamı:
Salam Salamzadə
Bəstəkarlar:
Niyazi
Səid Rüstəmov
Əfrasiyab Bədəlbəyli
Xalq yazıçısı:
Mehdi Hüseyn
Əzizə Cəfərzadə
Yazıçı:
Sabit Rəhman
şairlərdən:
Mirvarid Dilbazi
Cabir Novruz
və başqalar
Copyright © 2006-2012 ADPK.az Powered by FG
English version