Azərbaycan Dövlət Pedaqoji Kollecində “Məzun günü”
24.06.2014

           2014-cü il iyun ayının 24-də qocaman təhsil ocağı Azərbaycan Dövlət Pedaqoji Kollecində 2013/2014-cü tədris ilinin məzunlarının təntənəli buraxılış tədbiri “Son zəng” keçirildi. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri Kərim Mikayılov, Zinyət Abdullayeva və Gülnarə Qaralova, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri Sevil Əliyeva və Vaqif Məmmədov iştirak etdilər... ətraflı

“İnformasiya cəmiyyəti: Sosial şəbəkələr və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik konfrans
06.05.2014

           2014-cü il mayın 6-da Azərbaycan Dövlət Pedaqoji Kollecində “İnformasiya cəmiyyəti: Sosial şəbəkələr və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı kollecin direktoru, professor Nurlana xanım Əliyeva açaraq, aparılan təhsil islahatlarından İKT-nin bu günkü inkişaf səviyyəsindən, onun təhsilə inteqrasiyasından, görülən işlərdən və bu sahədə perspektivlərdən danışıb... ətraflı

“Mən əsrimin əsəriyəm” - yazıçı Anarla görüş
21.04.2014

           “21 aprel tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Yazıçısı Anar ilə Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim və tələbə heyətinin görüşü keçirilmişdir. Görüşdə kollecin kollektivi ilə yanaşı, Milli Məclisin deputatları, tanınmış ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri də iştirak etmişlər... ətraflı

“Hərəyə bir ağac əkək”
19.04.2014

           “Yazın gəlişiylə təbiət canlanır... Respublikamızın bütün regionlarında “Hərəyə bir ağac əkək” kompaniyasına qoşulan insanlar anamız təbiətə vurğun olduqlarını əməllərində sübut edirlər. Təhsil müəssisəsində gənclərin bu işə həvəslə qoşulması onların peşə və ixtisaslarını sevən bir müəllim olacaqlarından xəbər verir... ətraflı

QİÇS ƏSRİN BƏLASIDIR
28.03.2014

           “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Kollecində “QİCS-lə mübarizə” mövzusunda II kurs tələbələrinin dərs-tədbir keçirildi. Tədbirdə kollecin müəllimi Nəcəfova S. XX-XXI əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən... ətraflı

“BAHAR GƏLİR”
18.03.2014

           Novruz Bayramının gəlişi münasibətilə 18 mart tarixindən rəngarəng, maraqlı rəsm əsərlərindən ibarət "Bahar" sərgisi keçirildi. Sərgidə müəllimlik ixtisası seçmiş gənc rəssamların yağlı boya ilə çəkilmiş rəsm əsərləri nümayiş etdirildi... ətraflı

Riyaziyyat gecəsi
18.03.2014

           18 mart 2014-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Kollecində Riyaziyyat fənn aylığı çərçivəsində “Əyləncəli riyaziyyat gecəsi” keçirildi. Gecəni riyaziyyat müəllimləri Hacıyeva Sevinc və Seyidova Nüşabə II kurs tələbələri ilə birlikdə hazırlamışdılar. Tədbirdə “Elmlərin bəhsi”, “rəqəmlərin bəhsi”, “riyazi tapmacalar”, “riyazi lətifələr”, “riyazi fokus” kimi səhnəciklər təqdim edildi... ətraflı

“Sosial şəbəkələr və milli-mənəvi dəyərlərimiz“
05.03.2014

           Müasir cəmiyyətin inkişaf səviyyəsi, İKT-nin cəmiyyət həyatına inteqrasiyası gənclərin internet vasitəsilə informasiyalara çıxışını xeyli asanlaşdırmışdır. İnformasiya bolluğundan lazım olanını və faydalı olanını seçmək onu tətbiq etmək və ötürməyi bacarmaq xüsusən müəllim peşəsini seçmiş gənclərimizə vacibdir. “İKT təhsilə” layihəsinin tətbiqilə əlaqədar 05.03.2014-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Kollecində "Sosial şəbəkələrdən düzgün istifadə və milli dəyərlərimiz" mövzusunda seminar keçirildi... ətraflı

“Ana fəryadı” abidəsinə ziyarət
26.02.2014

           Bu gün səhər saatlarından başlayaraq Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsi xalq tərəfindən ziyarət olunur. Abidəni Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri də dərin hüznlə ziyarət ediblər... ətraflı

“Mənim ana dilim, mənim can dilim”
21.02.2014

           Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimləri dünya dilləri öz doğma Ana dili gününü bayram etdiyi gündə millətin fəxri olan Azərbaycan dilimizin gözəlliyi, incəliyi, qorunması, inkişafı haqqında söz açmağı, müəllimlik peşəsini sevib, seçmiş tələbələrlə müzakirə etməyi vacib sayaraq “Mənim ana dilim, mənim can dilim” adlı tədbiri ərsəyə gətirdilər ... ətraflı

“Sabaha doğru”
10.02.2014

           Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri və müəllimləri təhsil islahatlarının önündə gedir, gənclik və təhsillə bağlı dövlət layihələrində yaxından iştirak edirlər. Azərbaycan Televiziyasının “Sabaha doğru” proqramında Pedaqoji Kollecin Tələbə Gənclər Təşkilatının üzvləri olan tələbələrimiz iştirak ediblər. “Milli – mənəvi dəyərlərimizi qorumağa tariximizi yaşatmaqdan başlayaq” mövzusunda ... ətraflı

“Həyatla oyun” – Azərbaycan Dövlət Pedaqoji Kollecinin səhnəsində
2014

           Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gəncləri zərərli vərdişlərdən qorumağın vacibliyi göstərilib. Zərərli vərdişlərdən qorunmağın yollarından biri və ən mühümü gənclərin maarifləndirilməsi, onların asudə vaxtının düzgün təşkil edilməsidir... ətraflı

"Gəlin bir olaq, həmrəy olaq"
03.02.2014

           02 fevral 2014-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Kollecində Gənclər günü münasibətilə "Gəlin bir olaq, həmrəy olaq" mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən müəllim və tələbələr hər bir ölkənin gələcəyinin onun gəncliyindən asılı olduğunu, gəncliyin gələcəyin özü, böyük güc, böyük ... ətraflı

Biz narkotiklərə yox deyirik!
2014

           Azərbaycan Respublikası Prezidenti tərəfindən “Narkotik vasitələrin dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət proqramının icrası ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri müəllim hazırlığı ilə məşğul olan təhsil müəssisəsi kimi... ətraflı

 
 
 
 
     
Facebook ADPK Twitter Русский English